İsrafilov yenə fərqləndi, komandası uduzdu
14 fevral 2016 20:40
Futbol üzrə İspaniyanın ikinci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda "Saraqosa" ilə qarşılaşıb. Matç "Kordoba"nın məğlubiyyəti ilə başa çatıb - 0:2. Eddi bu qarşılaşmanın 54-cü dəqiqəsində meydana buraxılıb. O, 60-cə dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 40 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.