Fotoreportaj|Video|На русском

Futbol

Tahir Gözəl: Qarabağa yeni transferlər etməyə hazırıq

28 aprel 2016 00:05

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirilmiş ilk oyundan (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Qələbə qazansaq da, istənilən səviyyədə oynamadıq. Hamımız oyunun yüksək səviyyədə keçmədiyini gördük. Burada gizlədiləsi heç nə yoxdur. "İnter" pis təsir bağışlamadı. Onların gənc futbolçularını özlərini yaxşı tərəfdən göstərdilər. Sadəcə, bizim futbolçular daha təcrübəlidirlər. Amma biz oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bizim hədəflərimiz böyükdür. Daha yaxşı, Avropa səviyyəsində oyun göstəməliyik. Çempionlar Liqasında oynamaq istəyirik. Qarabağ adını daha yüksəklərə daşımaq, avrokuboklarda daha yaxşı çıxış etmək istəyirik".

Gözəl bəyan edib ki, qarşıdakı yay təlim-məşq toplanışını daha uzunmüddətli təşkil etmək istəyirlər: "Bu barədə Qurban Qurbanovla yenə söhbət edəcəyəm. Görək o nə təklif edəcək. Hər kəs komandamızdan daha yaxşı oyun, daha böyük nəticələr gözləyir. Həm də son dövrlər cəbhə bölgəsində vəziyyət gərgindir. Erməni işğalçıları öz aqressivliklərini davam etdirirlər. Biz də öz növbəmizdə "Qarabağ"ın Avropada daha böyük nəticələrə imza atmasına çalışmalıyıq. Dünyaya göstərmək istəyirik ki, Qarabağın adı həm də idmandır, sülhdür".

Ağdam klubunun prezidenti yay transfer planlarına da toxunub: "Qurbanov istəsə, yeni oyunçular almağa hazırıq. Əlbəttə, büdcəmiz elə də böyük deyil. Büdcəmizə uyğun hərəkət etməliyik. Məsələn, Migeli almışdıq, gördüyünüz kimi o, indi yaxşı oynayır, tez-tez qol vurur. Çəkdiyi əziyyətin bəhrəsini görür".

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyi çox böyükdür. Bu, mənim arzumdur. Ola bilər ki, həmin dövrə kimi torpaqlarımız da düşmən işğalından azad olunar. Bu da bizim ən böyük arzularımızdan biridir".

Gözəl "düşünmürsüz ki, "Qarabağ"ın adına görә dövlәt sizә maddi baxımdan kömәk edә bilәr vә komandaya daha yaxşı futbolçular gәtirә bilәrsiz" sualına isə belə cavab verib: "Qarabağ"ın sponsoru var. Lakin indiki vәziyyәtdә bizim büdcәni artırmağımız mümkün deyil. Özünüz vәziyyәti bilirsiz. Amma dövlәt bizә yardım edәcәksә, bunu mәmuniyyәtlә qәbul edәrik. Amma o da tez zamanda olmalıdır. Çünki vaxtımız azdır. Әgәr elә olsa, biz dә prezidentimiz İlham Әliyevә minnәtdar olarıq vә bu futbolçulara, komandaya böyük dәstәk olar. İstənilən halda biz dövlətdən lazım olan dəstəyi görürük. Xatirinizdədirsə, Azərbaycan prezidenti Avropa Liqasının qrup mərhələsindəki ilk uğurlu çıxışımızdan sonra bizimlə görüşərkən hakimin həmin məşhur səhvini xüsusi vurğulamışdı".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah