Fotoreportaj|Video|На русском

Futbol

Qəbələ bəyanat yaydı və çıxışını dayandırmaqla hədələdi

28 aprel 2016 23:00

"Qəbələ" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində ötən gün baş tutan "Neftçi" ilə səfər matçındakı (1:1) hakim ədalətsizliyi ilə əlaqədar bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir.

"Ölkədə idmanın inkişafı sahəsində əldə edilən nailiyyətlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və onların yüksək səviyyədə təşkilinə görə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. “Qəbələ” İdman Klubu (İK) da hər zaman Azərbaycanın idman uğurlarının genişlənməsinə və möhkəmləndirlməsinə öz töhfələrini verməyə çalışmışdır. “Qəbələ” İK-da, heç şübhəsiz ki, eyniadlı futbol klubu şərəfli yer tutur. “Qəbələ” Futbol Klubu (FK) 2015-2016-cı illər futbol mövsümündə adlı-sanlı rəqibləri ilə mübarizədə müvəffəqiyyət əldə edərək, Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə yüksələn üçüncü komanda olmuşdur. Bununla da Azərbaycan idmansevərlərinə, xüsusilə də futbol azarkeşlərinə böyük sevinc bəxş edilmişdir.

“Qəbələ” FK beynəlxalq aləmdə əldə etdiyi bu uğurlardan sonra öz oyunu ilə daxili çempionatda da iddialarını davam etdirmiş, yüksək yer tutmaq məqsədi ilə əzmlə çalışmışdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı bir-birini əvəz edərək, kluba ciddi problem yaratmışdır. Bu hal nəinki, klub üzvləri, eləcə də azarkeşlər arasında Azərbaycanın peşəkar futbol hərəkatına hörmət gətirmir.

Belə bir vəziyyət qismən əvvəlki illərdə də müşayiət olunsa da, klub rəhbərliyi onun üzərində xüsusi dayanmağa ehtiyac görməmişdir. Çox maraqlıdır ki, “Qəbələ”nin beynəlxalq aləmdə uğurlarından sonra, bu hal mütəşəkkil xarakter almışdır. Belə bir vəziyyətin yalnız “Qəbələ” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün xoşagəlməz mənzərə yaratmasını nəzərə alaraq, klubun nəticələrinə açıq-aşkar təsir göstərmək məqsədi daşıyan hakim qərarlarına münasibət bildirmək zərurəti yaranmışdır. “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir etmişdir.

Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik etmişdir. Ağayevin bir-birinin ardınca səhvə yol verdiyi halda onun inadla yenidən “Qəbələ”nin oyunlarına hakim təyin edilməsi də təsadüfi hesab oluna bilməz. Beləliklə, “Qəbələ”nin rəqib komandalarla futbol matçı faktiki olaraq hakim Ağayevin “Qəbələ” ilə rəqabətinə çevrilmişdir. Ağayev 10 avqust 2015-ci il tarixində “Qəbələ”nin “Qarabağ”la keçirilən mövsümün açılış oyununda “Qəbələ”nin qapısına əsası olmayan penalti zərbəsi təyin etmiş, bununla da kifayətlənməyərək, Rəşad Sadıqova yenə də əsassız olaraq qırmızı vərəqə göstərib, meydandan qovmuşdur. Nəticədə Qəbələdə baş tutan oyun 2:2 hesabı ilə başa çatmışdır. 1 noyabrda yenə də Qəbələdə “Kəpəz”lə keçirilən oyunda Ağayevin hakim qərarındakı məqsədli səhvi üzündən “Qəbələ” 2:1 hesabı ilə uduzmuşdur. 19 dekabrda Bakıda “Qarabağ”la oyunda rəqib qolu qaydalardan kənar vursa da, hakim Ağayev onu hesaba almış və oyun 1:1 hesabı ilə başa çatmışdır. “Qəbələ”nin 9 aprel 2016-cı ildə “Sumqayıt” klubu ilə keçirilən oyununda Ağayevin qərəzkarlıq estafetini hakim Ömər Paşayev davam etdirmiş, bu üzdən “Qəbələ”nin üstünlüyünə baxmayaraq, oyun 1:1 hesabı ilə yekunlaşmışdır.

“Qəbələ”yə qarşı açıq-aşkar hakim haqsızlığına 27 apreldə “Neftçi” ilə Bakıda keçirilən oyunda da yol verilmişdir. Bu oyunda da hakim “Qəbələ”yə qarşı qərəzi ilə fərqlənən Ağayev olmuşdur. O, “Qəbələ”nin oyunçusuna qarşı açıq kobudluğa baxmayaraq penalti verməmiş, əksinə onu sarı vərəqə ilə cəzalandırmışdır. Bu az imiş kimi oyunun sonuna yaxın “Qəbələ” futbolçularından birinə qırmızı vərəqə göstərərək meydandan çıxarmış, beləliklə, matçın 1:1 hesabı ilə başa çatmasına şərait yaratmışdır. Ağayevin “Qəbələ” - “Neftçi” oyununda nəticəyə təsir göstərən qərəzi yalnız “Qəbələ” tərəfindən deyil, respublikanın futbol mütəxəssisləri tərəfindən də ciddi etirazla qarşılanmış, bunun məqsədyönlü şəkildə həyata keçirilməsi barədə fikirlər irəli sürülmüşdür.

“Qəbələ” Futbol Klubu bu faktları futbol ictimaiyyətinin diqqətinə çatdırarkən adıçəkilən klublardan olan həmkarlarına hörmətini bildirir, əsas məsələnin hakimlikdəki səhvlər və onların mahiyyətindən ibarət olduğunu qeyd edir. “Qəbələ” klubu, eləcə də Azərbaycanın futbol ictimaiyyəti futbola rəhbərlik edənlərin futbolumuza ləkə gətirən belə hallara dərhal reaksiya verməsi və bu sahədə ciddi tədbirlər görməsini gözləyir. Belə bir vəziyyət Azərbaycan futbolunun nüfuzuna və idman siyasətinə həm yerli, həm də beynəlxalaq səviyyədə zərbə vurur. Ona görə də Azərbaycan futbolunda, həmçinin onun inkişafında özünəməxsus yeri olan hakimlikdə köklü islahatlar aparmadan mövcud nöqsanları aradan qaldırmaq qeyri-mümkündür.

“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaqdır".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah