Millimiz Andorra yığması ilə qarşılacaq
29 aprel 2016 18:00
Mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının daha bir yoxlama oyunu keçirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, millimiz mayın 26-da Andorra yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, komandamız hazırlıq prosesi çərçivəsində mayın 29-da Makedoniya, iyunun 3-də isə Kanada yığması ilə yoxlama oyunu keçirəcək. (AFFA)