Muarem Muarem: Zirə ilə oyun bizim üçün çox vacibdir
1 may 2016 00:10
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, çox vacib oyundur. Üç xal qazansaq, çempionluğu təmin edəcəyik. Amma ondan sonrakı oyunlarda da yaxşı oynamağımız lazımdır. Allah eləsin ki, mövsümü qələbə ilə başa vuraq".