Emil Balayevsiz Ayntraxt qələbə qazandı
1 may 2016 00:30
Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Darmştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:1. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 33 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir.