Nuqzar Kvirtiya: Vurduğum qolu gələcək körpəmizə həsr etdim
1 may 2016 12:00
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Mövsümün sonu olduğundan qazanılan hər bir xal vacibdir. Buna görə də gərgin oyun alındı. Qalan bütün oyunlarda qələbə qazanmaq istəyirik. Tərlan Əhmədov bütün həftə ərzində "Rəvan"a məğlubiyyəti unutmağımızı deyirdi. Qonaqlar ilk dəqiqələrdən daha çox hücum edirdilər. Biz isə oyunumuzu gec tapdıq. Həyat yoldaşım hamilədir. Xahiş etmişdi ki, vuracağım qolu gələcək körpəmizə həsr edim. Mən də buna görə vurduğum qolu elə bayram etdim".