Rəşad Eyyubov: Neftçi ilə matç mövsümün ən vacib oyunlarından biri olacaq
4 may 2016 15:45
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı (ilk oyun - 1:1) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə qarşıdakı oyun bizim üçün mövsümün ən vacib matçlarından biridir. Özü də təkcə bizim yox, həm də rəqib üçün. Ümid edirəm ki, ilk oyunda qazandığımız üstünlüyü qoruya və doğma meydanda finala vəsiqəni təmin edə biləcəyik. Qol vurmaq üçün şanslarımız yüz faiz olacaq. Onları dəyərləndirə bilsək, bircə müdafiədə etibarlı oynamaq qalır".