Mirhüseyn Seyidov: Şans az olsa da, mübarizə aparmalıyıq
4 may 2016 18:00
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dörd cavabsız qolla uduzduğumuz ilk oyundan sonra şansımız çoz azdır. Amma biz meydana qələbə qazanmaq üçün çıxacağıq. Şanslara gəlincə, "Qarabağ" 70-in 30-a nisbətdə finala daha yaxındır. Sadəcə, mübarizə aparmaq lazımdır. Komandamıza inanıram. Çempionata gəlincə, bizə mükafatçılar sırasına düşmək lazımdır ki, avrokuboklara vəsiqə qazanaq".