Tural Cəlilov: Bizə qələbə daha çox lazımdır, nəinki Kəpəzə
5 may 2016 00:00
"Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibin yaxşı heyəti var. Gəncə klubunda təcrübəli futbolçular çıxış edirlər. "Kəpəz"in öz oyun üslubu var. Yaxşı mövsüm keçirirlər. Rəqibimiz Avropa Liqasına vəsiqə qazanmağa yaxındır. Amma biz də bu görüşə ciddi hazırlaşırıq. Bizə xal "Kəpəz"lə müqayisədə daha çox lazımdır. Komandada atmosferi yaxşılaşdırmaq üçün qələbə qazanmağı arzulayırıq. Ümid edirəm ki, istəyimizə çatacağıq".