Qurbanov: Məqsədimiz finala vəsiqə qazanmaq idi
5 may 2016 00:10
"Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsinin "İnter"lə cavab matçında 1:0 hesablı qələbə qazanaraq (ilk oyun - 4:0) finala vəsiqəni təmin edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib:
“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi finala vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar bizə belə bir şərait yaratdılar. Mayın 11-də "Qəbələ" ilə matçı da bu stadionda keçirəcəyik. Qarşıda çempionat oyunlarımız var, həmin qarşılaşmalara hazırlaşmalıyıq”.