Tuayev Arveladzenin cavabını verdi
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev gürcüstanlı futbol əfsanəsi Şota Arveladzenin ölkəsində bu oyunu Azərbaycandakından daha yaxşı oynamağı bacardıqlarına dair açıqlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər kəsin öz fikri var. Belə axmaq sözlərə şərh vermək istəmirəm. Gürcüstanda futbolla məşğul olmağa bizdən daha tez başlayıblar. Bu mənada ola bilər ki, onlar bizi nədəsə qabaqlayıblar. Onların çoxlu yaxşı futbolçusu olub. Aralarında tanıdıqlarım da çoxdur. Mən oynadığım dövrdə demək olar ki, iki ölkənin futbolu eyni səviyyədə idi. Biz öz meydanımızda qalib gəlirdik, onlar da öz meydanlarında. İndi isə bu iki ölkənin futbolunu heç müqayisə etməyə dəyməz. Azərbaycan hazırda Gürcüstandan bir neçə dəfə güclüdür. Əks halda gürcü futbolçuların az qala yarısı Azərbaycanda oynamazdı. Onların inkişafına biz kömək edirik".