Kəpəz Qəbələnin sabiq oyunçusu ilə güclənmək istəyir
23 may 2016 14:45
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi, hazırda Lüksemburqun "Etsella" klubunda çıxış edən Abdulkader Kamara karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, qvineyalı hücumçu "Kəpəz"dən dəvət alıb.
Bunu saytımıza açıqlamasında futbolçunun özü bəyan edib: "Azərbaycan futbolu ilə maraqlanmaq üçün xüsusi vaxtım olmur. Çünki bütün diqqətim komandamın Lüksemburq çempionatındakı oyunlarına yönəlib. "Kəpəz"dən təklif almışam. Bu klub məni hələ ötən yayda heyətinə qatmaq istəsə də, "Etsella"nı seçdim. O vaxt "Kəpəz"in təklifi ürəyimcə olmadı. Amma ola bilsin ki, bu dəfə qərarımı dəyişim. Futbolçu karyerası belədir: bu gün bir, sabah digər klubda olursan".