FIFA Connect layihəsi ilə bağlı növbəti seminar
23 may 2016 19:00
Bu gün AFFA-nın inzibati binasında FIFA Connect layihəsini təmsil edən Qonteri Daniel və Matteu Koulinqin rəhbərliyi ilə seminar-görüşlər başlayıb. Azerisport.az xəbər verir ki, mayın 26-dək davam edəcək seminarda FIFA Connect layihəsinin Bakı, Sumqayıt, Qəbələ, Lənkəran, Ağsu və Gəncə şəhərlərində fəaliyyət göstərəcək ofislərinin təmsilçiləri, həmçinin peşəkar və həvəskar futbol və futzal klublarının nümayəndələri iştirak edəcəklər. (AFFA)