Azərbaycan kuboku: Final rəqəmlərin gözü ilə
Mayın 25-də Azərbaycan Kubokunda 2015-2016-cı illər mövsümünün final oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə həlledici qarşılaşmada “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.
Peşəkar Futbol Liqasının rəsmi internet saytı ölkə kuboku tarixində ən çox qarşılaşan bu cütün yarışdakı əvvəlki duellərinin balansını təqdim edir.
Azərbaycan kuboku
Final
25 may
18. “Qarabağ” – “Neftçi” - 18 oyun, +8=5-5, top fərqi 15:16
Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəlib. 6 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” mərhələdə qalib gəlib. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.
1993 | 1/4 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı)* | 2:1, 0:0 |
1993/94 | 1/4 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı)** | +:-, +:- |
1995/96 | final | Neftçi (Bakı) - Qarabağ (Ağdam)*** | 3:0 |
1996/97 | 1/4 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 3:2, 0:1 |
1998/99 | 1/8 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 2:0, 0:0 |
2005/06 | 1/2 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 0:0, 0:1 |
2006/07 | 1/8 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:2, 1:0 |
2008/09 | 1/4 final | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:0, 0:0 |
2012/13 | 1/2 final | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 2:1, 2:2 |
2014/15 | final | Qarabağ (Ağdam) - Neftçi (Bakı)*** | 3:1 |
* - qalib komanda fərqləndirilib.
** - “Neftçi” Azərbaycan çempionatı və kubokunda mübarizəni yarımçıq dayandırdığı üçün 2 oyundan ibarət olan 1/4 final mərhələsinin bu cütündə qarşılaşmalar baş tutmayıb. Texniki nəticələr qələbə sayında hesablansa da, top fərqində nəzərə alınmayıb.
*** - final oyunları neytral meydanda keçirilib.