Sumqayıt yenə Türkiyəyə getməyi planlaşdırır
24 may 2016 13:40
"Sumqayıt" yay hazırlıq planlarını müəyyənləşdirməyə başlayıb. Azerisport.az xəbər verir ki, Samir Abasovun komandası yeni mövsümə hazırlıq üçün iyunun 22-də bir araya gələcək.
Hazırlığın ilk mərhələsi ölkə daxilində baş tutacaq. İkinci mərhələnin isə xarici ölkədə baş tutması ehtimalı var. Belə ki, "kimyaçılar" böyük ehtimalla yenə Türkiyəyə yollanacaqlar. Komandanın qonşu ölkədə bir neçə yoxlama matçı keçirməsi gözlənilir.