Hakimi təhqir edənə 4, döymək istəyənə 5 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Həvəskarlar Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Həvəskarlar Liqasının “Tufan” – “Şanxay” matçında “Şanxay”ın heyətində qeydiyyatdan keçməyən futbolçu oynadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Azərbaycan Həvəskarlar Liqasının “Ağdaş” – “Şərur” matçının 67-ci dəqiqəsində “Şərur”un futbolçusu Fərid Yaqublu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 90-cı dəqiqəsində “Ağdaş”ın futbolçusu Taryel Zeynalov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.
Azərbaycan Həvəskarlar Liqasının “Balaxanı” – “Binə” matçının 60-cı dəqiqəsində “Binə”nin futbolçusu Şola Jakoseni sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 87-ci dəqiqəsində “Balaxanı”nın futbolçusu Şahin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb.