Tural Axundov: Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik
24 may 2016 15:00
"Kəpəz"in kapitanı Tural Axundov komandasının Avropa Liqasındakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanı avrokuboklarda layiqincə təmsil etmək istəyirik. Ümid edirəm ki, klubumuz öz gücünü göstərəcək. Uğurlu transferlərimiz olsa, komandamız Avroliqada bir neçə mərhələ adlaya bilər. Klubdakı öz gələcəyim barədə dəqiq bir söz deyə bilmərəm.. Yığmaya gəlincə, çağırmırlarsa, qoy elə olsun. Mən istənilən halda öz işimi görürəm".