Balayev Ayntraxtdan ayrılıb, digər Avropa klubuna keçir
25 may 2016 12:15
Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev iş yerini dəyişməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisi ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq qolkiperin daha iki il bu klubda qalmaqla bağlı razılığı olsa da, tərəflər onu artırmağı düşünmürlər.
Emil zədə səbəbindən komandasına fayda verə bilmədiyi kimi, özü də oyun təcrübəsi qazana bilmir. Ona görə də həm qapıçı, həm də klub ayrılıqda maraqlıdır. Balayevlə hazırda həm Avropa, həm də Türkiyə klubları maraqlanır. Amma azərbaycanlı qapıçı qardaş ölkə çempionatında oynamaq istəmir. O, elə "köhnə qitə"də qalıb, karyerasını orada davam etdirməkdə maraqlıdır.