Amil Yunanov: Təəssüf ki, Andorraya qol vura bilmədim
26 may 2016 23:00
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Amil Yunanov Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən görüşdən sonra bunları söyləyib:
"Öz oyunumdan narazı qaldım. Daha yaxşı oynamalı idim. Təəssüf ki, Andorraya qol vura bilmədim. Qələbə qazanmalı idik".