Rəşad Eyyubov: Qol vursaydıq, tam fərqli oyun alınacaqdı
27 may 2016 16:00
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Eyyubov Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirilmiş yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun oldu. İlk dəqiqələrdən vaxt öldürən komandaya qarşı oynamaq çətindir. Fikrimcə, bizə sadəcə, qol çatışmadı. Qol vura bilsəydik, oyun tamamilə fərqli alınacaqdı. Mən matçın sonunda meydana çıxdım. Özümü göstərmək üçün elə də imkanım olmadı. Cəmi bir qol epizodum oldu. Cinahdan qurulan hücum nəticəsində topu qazansam da, qapıya düşə bilmədim. Son anda dəqiqlik çatmadı".