Nəsirovla Mustafayev millinin düşərgəsini tərk etdi
27 may 2016 19:00
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Budaq Nəsirov və Vüqar Mustafayev millimizdən ayrılıblar.
Onlar bu gündən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, gənclərdən ibarət yığmamız da Sloveniyada təlim-məşq toplanışındadır. U-21 burada üç yoxlama oyununa çıxacaq.