Millimizin müdafiəçisi Kayserispora keçir
28 may 2016 00:05
Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, son mövsümdə "Qaziantep BB" klubu ilə PTT 1-ci liqada çıxış edən futbolçu yeni mövsümdən Super Liqada mübarizə aparacaq.
Amma o, Qaziantep təmsilçisini Kayseri klubuna dəyişib. Ufuk "Kayserispor"la müqavilə imzalamağa hazırlaşır. Türkiyə mətbuatın tərəflərin artıq bu keçidlə bağlı bütün məsələlərdə razılığa gəldiyini yazır. Budak tezliklə Kayseriyə yollanıb, müqaviləyə imza atmalıdır.
Qeyd edək ki, Ufuk hazırda Azərbaycan yığmasının heyətində Avstriyada təlim-məşq toplanışındadır.