Azərbaycanlı hakim AÇ-nin seçmə mərhələ oyununu idarə etdi
28 may 2016 00:25
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələ oyununu idarə edib. Azerisport.az xəbər verir ki, o, 3-cü qrup çərçivəsində Kiyevdə baş tutan Ukrayna - Makedoniya matçında ədaləti qoruyub.
Qarşılaşma makedoniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həsənov bu oyunda üç sarı vərəqəyə əl atıb ki, onlardan ikisi meydan sahiblərinə, biri isə qonaqlara "qismət olub".
Qeyd edək ki, Həsənova bu oyunda yan xətt hakimləri Namiq Hüseynovla Vaqif Musayev kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.