Kanadanın Azərbaycanla oyun üçün heyəti açıqlandı
İyunun 3-də Avstriyada Azərbaycan yığması ilə yoxlama oyunu keçirəcək Kanada yığmasının heyəti açıqlanıb. Azerisort.az xəbər verir ki, baş məşqçi Benito Floro milliyə 24 futbolçu çağırıb:
Qapıçılar: Saymon Tomas ("Bode-Qlimt", Norveç), Milan Borjan ("Ludoqorets", Bolqarıstan), Kenni Stamatopulos (AİK, İsveç);
Müdafiəçilər: Manjrekar Ceyms ("Dioşdyor", Macarıstan), Deyan Yakoviç ("Simidzu", Yaponiya), Devid Edqar ("Birmingem", İngiltərə), Doneyl Henri ("Vest Hem", İngiltərə), Adam Streyt ("Fredrikstad", Norveç), Marsel de Yonq ("Ottava Fyuri"), Stiven Vitoriya ("Benfika", Portuqaliya), Karl Oumette ("Nyu-York Red Bulls", ABŞ);
Yarımmüdafiəçilər: Juilan de Quzman ("Ottava Fyuri"), İen Xume ("Ponferradina", İspaniya), Uill Conson ("Toronto"), Devid Junior Hoylet, Maykl Petrasso (hər ikisi KPR, İngiltərə), Toseynt Rikkets (klubsuz), Samuel Pyette ("Deportivo", İspaniya), Skot Enfild ("Bernli", İngiltərə), Teşo Akindele ("Dallas", ABŞ);
Hücumçular: Nik Lejervud ("Edmonton"), Markus Haber ("Kryu Aleksandra", İngiltərə), Kayl Lari ("Orlando Siti", ABŞ), Simeon Cekson ("Blekbern Rovers", İngiltərə).