Neftçi Rumıniya klubuna 3 qol vursa da, qalib gələ bilmədi
Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində sonuncu, üçüncü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Rumıniyanın “CSMS İaşi” klubu olub.
Altı qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, "Neftçi" ilk iki yoxlama oyununu afrikalı futbolçulardan təşkil olunmuş "SİBM Training Center" komandasına qarşı keçirmiş, ilk oyunda 1:2 hesabıyla uduzub, ikincidə 3:0 hesablı qələbəyə sevinmişdi.
Yoxlama oyunu
25 iyun
"Neftçi" - “CSMS İaşi” - 3:3 (1:2)
“Neftçi”: Krşevan Santini, Məqsəd İsayev, Vançe Şikov, Jairo, Dario Melnyak, Edson Kastilyo, Murad Ağayev, Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov, Elşən Abdullayev.
Ehtiyat oyunçular: Maksim Vaylo, Rahil Məmmədov, Elvin Bədəlov, Kamal Qurbanov, Fəhmin Muradbəyli, Orxan Qurbanlı, Aqsin Qurbanlı.
Oyun başladı.
15. Araz Abdullayevin zərbəsindən sonra rəqib qapıçı topu küncə çıxardı.
19. Rəqib komanda hesabı açdı – 0:1.
24. Araz Abdullayevin zərbəsindən sonra rəqib qapıçı növbəti dəfə topu küncə çıxardı. Künc zərbəsindən sonra isə Jayronun başla zərbəsi qapının yanından keçdi.
26. Rəhman Hacıyevin zərbəsindən sonra top qapıdan yan keçdi.
28. Rəqib komanda daha bir qol vurdu – 0:2.
34. Ruslan Qurbanov hesab arasındakı fərqi azaltdı - 1:2.
İlk hissə başa çatdı.
İkinci hissə başladı.
46. Vançe Şikovu Rahil Məmmədov əvəzləyir.
51. Rəqib futbolçuları geridə qoyan Elşən Abdullayevin zərbəsi qapının üstündən keçdi.
54. Edson Kastilyonun zərbəsindən sonra top qapının yanından keçdi, bundan 1 dəqiqə sonra isə Dario Melnyaka qol vurmağa rəqib qapıçı mane oldu.
57. Elşən Abdullayev hesabı bərabərləşdirdi - 2:2.
60. Ruslan Qurbanovun əvəzinə meydana Fəhmin Muradbəyli daxil oldu.
65. Rəqib komanda penalti zərbəsi ilə hesabda irəli keçdi – 2:3.
70. Jayronu Elvin Bədəlov əvəzlədi.
79. Elşən Abdullayevin əvəzinə meydana Aqşin Qurbanlı daxil oldu.
86. Araz Abdullayev gözəl zərbə ilə hesabı bərabərləşdirdi - 3:3.
87. Məqsəd İsayev, Rəhman Hacıyev və Dario Melnyakın əvəzinə meydana Orxan Qurbanlı, Eltun Yaqublu və Kamal Qurbanov daxil olublar.
Matç başa çatdı.