AZAL-da norveçli futbolçu
27 iyun 2016 14:00
AZAL yeni mövsümə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hazırda yeni futbolçuları sınaqdan keçirir.
Onların arasında norveçli Vilyar Nordberq də var. 24 yaşlı yarımmüdafiəçi komandanın Bakı hazırlığında iştirak edir. O, baş məşqçinin xoşuna gəlsə, klubla müqavilə imzalayacaq.
Qeyd edək ki, Nordberqin son klubu Norveç "Yunkeren"i olub.