Qəbələ - Samtredia matçının biletləri satışa çıxarıldı
27 iyun 2016 17:00
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri bu gündən etibarən 8-ci km stadionunun kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.