Amil Yunanov: Diqqətim Sumqayıtdakı çıxışıma yönəlib, Çukariçkiyə yox
27 iyun 2016 19:00
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Serbiyanın "Çukariçki" klubunun onu transfer etmək istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çukariçki"? Mənim ümumiyyətlə, bundan xəbərim yoxdur. Özüm də mətbuatdan oxudum. Mənə zəng edib, bunun nə dərəcədə düzgün olduğunu soruşdular. Hazırda mənim bütün diqqətim "Sumqayıt"dakı çıxışıma yönəlib. Yeni mövsümə yaxşı hazırlaşmağa çalışıram. Komandama kömək etmək istəyirəm".