Tural Axundov: Bilirik ki, çətin olacaq, amma mərhələ adlamaq istəyirik
27 iyun 2016 20:15
"Kəpəz"in kapitanı Tural Axundov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Çətin olacağını bilirik. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Özü də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. "Daçiya"nın oyunlarına baxmışam. Onların cərimə meydançasına yaxın düşmək çox çətindir. Hədəfimizə çatmağa çalışacağıq".