"Qarabağı keçmək üçün karyeramızın ən yaxşı oyununu göstərməliyik"
28 iyun 2016 13:00
Lüksemburqun "Düdelanj" klubunun yarımmüdafiəçisi Kevin Nakaş Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın necə güclü rəqib olduğunu yaxşı bilirik. Ən güclü rəqiblə düşmüşük. Onlara qarşı oynamaq bizim üçün çətin olacaq. Amma mərhələ adlamaq istəyiriksə, həyatımızın ən yaxşı oyununu sərgiləməliyik. Karyeramızın ən yaxşı oyununu sərgiləsək, "Qarabağ"ı keçə bilərik. "Qarabağ"ın heyətində heç kimi yaxşı tanımıram. Yalnız AÇ-2016-da Albaniya yığmasının heyətində top qovan Ansi Aqollini qeyd edə bilərəm. İlk oyunun səfərdə keçirilməsi isə bizim üçün üstünlük sayıla bilər".