Qarabağın rəqibi Benfikaya qarşı
28 iyun 2016 14:00
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan Lüksemburqun "Düdelanj" klubu daha iki yoxlama oyunu keçirəcək. Azerisport.a xəbər verir ki, sözügedən komanda sabah Paraqvayın "Qabriel" klubunun U-23-ü ilə üz-üzə gələcək.
İyulun 2-də isə lüksemburqlular yerli "Hamm Benfika" ilə qarşılaşacaqlar.
Qeyd edək ki, "Düdelanj" daha öncə "Fola Eş"lə qarşılaşmış və 2:6 hesabıyla uduzmuşdu.