Vyaçeslav Sofroni: Kəpəzlə oyunda Daçiyaya azarkeşlik edəcəyəm
28 iyun 2016 16:30
Moldova yığmasının və "Bakı"nın sabiq futbolçusu Vyaçeslav Sofroni "Kəpəz" və "Daçiya" arasında baş tutacaq Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan klubları güclüdür. Əvvəllər də belə idi, indi də elədir. Cütün favoriti kimdir? Mənə elə gəlir ki, həm "Kəpəz"in, həm də "Daçiya"nın mərhələ adlamaq üçün yaxşı şansı var. Gəncə klubu yaxşı heyətə malikdir. İlk oyun Azərbaycanda olacağı üçün "Kəpəz" mütləq qələbəyə oynayacaq. Mənsə həmyerlilərimə azarkeşik edəcəyəm və onların uğurlu çıxış etməsini gözləyirəm".