Zirə Portuqaliya yığmasının sabiq futbolçusu ilə anlaşdı
28 iyun 2016 18:00
Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir. Azerisport.az xəbər verir ki, qəsəbə təmsilçisi daha bir futbolçu ilə güclənib.
Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. Futbolçu Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “qartallar”ın sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.
“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.