Bədavi Hüseynov: Kəpəzin oyunu məni təəccübləndirdi
29 iyun 2016 16:30
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Avropa Liqasının birinci təsnifat mərhələsində "Kəpəz"lə Moldova "Daçiya"sı arasında keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox təəssüf ki, "Kəpəz"in Avropa Liqasındakı ilk oyununa baxa bilmədik. Çünki həmin vaxt özümüz Rusiya "Zenit"i ilə yoxlama oyununda idik. Amma oyundan sonra matçın icmalına baxdım. Təmsilçimizin oyunu məni təəccübləndirdi. "Kəpəz" yaxşı oynadı və layiqli təsir bağışladı. Təəssüf ki, rəqibə qol vura bilmədilər. Qolsuz heç-heç onların mərhələ keçmək şanslarını azaltmadı. Səfərdə inamlı oynamaqla lazım olan nəticəni əldə edə bilərlər".