Fotoreportaj|Video|На русском

Futbol

Bədavi Hüseynov: ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqla xalqımızı sevindirmək istəyirik

29 iyun 2016 17:30

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Rusiya "Zenit"inə qalib gələcəyinizi az adam gözləyərdi...
- Bu görüşdə Avstriya "Vakker"i ilə matçla müqayisədə daha yaxşı oynadıq. Artıq komandada anlaşma səviyyəsi yüksəlib. Rəqib kifayət qədər güclü komanda idi. Hamı bilir ki, "Zenit" necə komandadır. Rusiyanın ən güclü klublarından biridir. Ona görə də bu görüşdə qələbə qazanmağı çox istəyirdik. Şadam ki, buna nail olduq. Lakin bu qələbəyə görə hansısa xüsusi sevinc hissi keçirdiyimizi deməzdim. İstənilən halda bu, bir yoxlama görüşü idi. Baxmayaraq ki, qələbə qazanmaq həmişə xoşdur.

- Bəs "Vakker"lə görüşdə buna niyə nail ola bilmədiniz ki?
- İlk oyunlar həmişə çətin olur. Komandamız matça yorğun çıxmışdı. Həmin oyunda xətlər arasındakı əlaqəni yaxşılaşdırmağa çalışırdıq.

- "Qarabağ" hələ ki, transfer bazarında passivdir. Arif Daşdəmirovdan başqa yeni transfer edilməyib. Belə çıxır ki, sizə yeni futbolçu lazım deyil?
- Arifin transferini müsbət addım hesab edirəm. O, təcrübəlidir, illərdir sabit oyun sərgiləyir, Avropa Liqasında oyun təcrübəsi var. Yeni transferlərə ehtiyac olub-olmamasına isə baş məşqçi qərar verir. Prinsipcə, bizdə indi də hər mövqe üzrə 2-3 futbolçu var.

- Çempionlar Liqasındakı ilk rəqibiniz - Lüksemburq "Düdelanj"ı barədə nə bilirsiniz?
- Öncə bu komanda barədə elə də məlumatlı deyildik. Amma tədricən məlumat toplayırıq. Son on ildə səkkiz dəfə çempion olublar. ÇL-də "Red Bull" kimi komandanı mübarizədən kənarlaşdırmağı bacarıblar. Ona görə də bu rəqibə qarşı ciddi hazırlaşmaq lazımdır. "Düdelanj" heç də sıradan rəqib deyil. Fikrimcə, bu mövsüm bizə ötən illə müqayisədə daha çətin olacaq.

- İlk oyun Bakıda olacaq. Tribunaların tam dolacağını gözləməyə dəyər?
- Avrokuboklardakı oyunlarımız az azarkeş gəldiyini xatırlamıram. Azarkeşlərimiz həmişə yanımızdadır. Ümid edirəm ki, "Düdelanj"la oyunda da stadionu dolduracaqlar. İlk oyunun Bakıda olmasının ciddi fərqi yoxdur. İstənilən halda hər iki oyunda müdafiədə diqqətli oynamalıyıq.

- "Qarabağ"ın asanlıqla üçüncü təsnifat mərhələsinə adlayacağını iddia edirlər. Mümkün uğursuzluğa necə ad vermək olar?
- Belə söhbətlər həmişə olub. Fikrimcə, şanslar bərabərdir. Ötən il Çernoqoriya "Rudar"ı ilə oyunları yaxşı xatırlayıram. Hamı bizim bu komandanı necə çətinliklə keçdiyimizi gördü. Qarşımıza həmişə maksimum hədəflər qoyuruq. Bu mövsüm də əlimizdən gələni edəcəyik ki, ÇL-in qrup mərhələsinə vəsiqə qazanaq. Azərbaycan xalqını sevindirmək istəyirik.

- Premyer Liqanın yeni mövsümdə 8 klubla keçirilməsi barədə qərarı necə qarşıladınız?
- "Xəzər Lənkəran" kimi komandanın çıxışını dayandırması üzücü oldu. Çempionatda cəmi 8 klubun qalması da xoşagəlməz məqamdır. Mən əksinə, klub sayının artacağını düşünürdüm. Ümid edirəm ki, qarşıdakı mövsümlərdə 12 klubla çempionat keçirilər.

- Komanda yoldaşınız Ansi Aqolli və onun formasını geyindiyi Albaniya yığmasının AÇ-dəki çıxışına necə qiymət verərdiniz?
- Ansini belə bir turnirdə görmək çox xoş idi. Albaniya yığması da çox layiqli mübarizə apardı. Kapitan sarğısı da Aqolliyə əbəs yerə verilməmişdi.

- AÇ-də kimə azarkeşlik edirsiniz və finalda kimləri görürsünüz?
- İtaliya və Almaniya daha güclü futbol sərgiləyir. Çox təəssüf ki, onlar 1/4 finalda üz-üzə gələcəklər. Onların oyunu finala layiq idi. İslandiyanı da izləmək maraqlıdır.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah