Renan Alveş: Növbəti dəfə şansımı əldən verməyəcəm
29 iyun 2016 19:00
"Kəpəz"in müdafiəçisi Renan Alveş Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Daçiya" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim mövsümdəki ilk rəsmi oyunumuz idi. Fikrimcə, hər şey yaxşı alındı. Yeni komandamdan razıyam. "Kəpəz"in yaxşı kollektivi var. Cavab görüşündə də uğurlu çıxış etməyə çalışacağıq. İlk oyunda bizə cəmi bir qol lazım idi. Təəssüf ki, matçın sonunda vurduğum cərimə zərbəsi istədiyim kimi alınmadı. Növbəti dəfə şansımı əldən verməyəcəyəm".