Tsetsadze: Qəbələnin zəif və güclü cəhətlərini bilirəm
29 iyun 2016 21:00
Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Giya Tsetsadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi jurnalistlərlə görüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibə böyük hörmətlə yanaşırıq. Amma "Qəbələ" ilə matçda nələrin olacağı ancaq meydanda görünəcək. Fikrimcə, şanslar bərabərdir. "Qəbələ"nin bəzi oyunlarına baxmışam, rəqibi analiz etmişəm. Zəif və güclü cəhətlərini bilirəm. Amma bu barədə heç nə danışmayacağam. Əlbəttə, bizi sabah ancaq müsbət nəticə qane edəcək. Həmişə qələbəyə oynayırıq. Sabah da istisna olmayacaq".