Qəbələ iştirak ərizəsinə yeni futbolçular daxil etdi
30 iyun 2016 17:00
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" Gürcüstan "Samtredia"sına qarşı keçirəcəyi ilk oyun öncəsi iştirak ərizəsinə yeni futbolçuların adını daxil edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin UEFA-ya göndərdiyi siyahıda yer alan yeni futbolçuların hamısı gənclərdir:
Süleyman Süleymanov, Sadiq Quliyev, Elvin Camalov, Qismət Əliyev, Roman Hüseynov, Hacıağa Hacıyev, Tellur Mütəllimov, Fərid Nəbiyev, Ehtiram Şahverdiyev, Ramil Həsənov.
Qeyd edək ki, daha öncə "Qəbələ"nin iştirak ərizəsində cəmi 17 futbolçunun adı var idi.