Baltsanın kapitanı İtaliya intizamı və İslandiya qətiyyəti arzulayır
30 iyun 2016 17:40
Maltanın "Baltsan" klubunun kapitanı Dilan Qrima Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Güclü rəqiblə qarşılaşacağımızı bilirik. Amma son aylarda çox yaxşı hazırlıq keçmişik. Kiprdəki toplanış bizə həm fiziki, həm də mənəvi cəhətdən yaxşı hazırlaşmağa kömək etdi. AÇ-2016 ilə müqayisə etsək, biz İtaliyanın intizamını, İslandiyanın qətiyyətini nümayiş etdirməklə həm "Baltsan", həm də ölkə üçün arzulanan nəticəni qazana bilərik".
(Times of Malta)