Roman Qriqorçuk: Hələ 2-ci təsnifat mərhələsində olduğumuzu demək olmaz
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis 5:1 hesablı qələbədən sonra bunları söyləyib:
"Komandamın hər bir üzvünü qeyd etmək istərdim. Bu gün futbolçuların hamısı meydanda önəmli fiqur olduğunu göstərdi və qələbə üçün əlindən gələni etdi. Bu, çox əladır. Yeni futbolçularımız da bizim tələb və arzularımızı yerinə yetirdilər. Qısa müddət ərzində belə keyfiyyətli iş görməyimizdən razıyam. Futbolçulara gördükləri işə görə minnətdarlığımı bildirirəm. Teo Uiksə gəlincə, onun üç qol vurması əladır. Amma yenə də ayrı-ayrı futbolçunu yox, bütövlükdə komandamı qeyd etmək istərdim.
Artıq ikinci təsnifat mərhələsində olduğumuzu demək olmaz. Çünki hər oyun fərqli olur. Tarixdə də buna çoxlu misallar var. Əlbəttə, beş qol vurmaq böyük üstünlükdür. Amma cavab oyunu var. Həmin oyunda da qələbə qazanmağa çalışmalıyıq". (CBC)