Azarkeşləri Neftçini hava limanında qarşıladı, hesabat tələb etdi
23 iyul 2016 00:30
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Makedoniya "Şkendiya"sına məğlub olan və avrokuboklardakı çıxışını başa vuran "Neftçi" bu gecə vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunu hava limanında bir qrup azarkeşi qarşılayıb.
Komandanın uğursuz çıxışından narazı qalan fanatlar klub rəsmilərindən buna görə hesabat tələb ediblər. Onların qarşısına isə klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovla komandanın baş məşqçisi Vəli Qasımov çıxıb. Tərəflər arasında komandanın çıxışı və problemlər barədə açıq söhbət olub.