Budaqov üçün 60 000 000 avro
25 iyul 2016 16:20
Portuqaliyanın "Sportinq" klubu azərbaycanlı futbolçu Budaq Nəsirovu təqdim edib. Azerisport.az xəbər verir ki, onunla bir illik müqavilə imzalanıb.
Amma tərəflər bu müqaviləni 2021-ci ilədər uzatmaqla bağlı razılıq da əldə ediblər.
Müqaviləyə əsasən, "Sportinq" onu buraxmaq üçün 60 000 000 avro qiymət qoyub.