Roman Pivarnik: Qarabağ haqda ətraflı məlumatım var
26 iyul 2016 00:55
Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, mənim üçün premyeradır. Komandanı elə hazırlamağa çalışdıq ki, Çempionlar Liqasındakı rəqiblərinə qalib gəlsin. Kifayət qədər balanslaşdırılmış heyətimiz var. "Qarabağ"ı analiz etmişik. Həm çempionatlarındakı, həm də avrokuboklardakı oyunlarını izləmişik. Rəqibin son oyununu isə canlı görmüşəm. Ona görə də bu komanda və futbolçuları barəsində ətraflı məlumatımız var. Plzendə azarkeşlər vacib rol oynayırlar. Burada möhtəşəm atmosfer olur. Səbrsizliklə anşlaq olmasını gözləyirəm".