Millimizin Tacikistan, İran və Rusiya ilə oyunlarının təqvimi
26 iyul 2016 12:15
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, millimiz turnirdə İran, Tacikistan və Rusiyanın ikinci komandası ilə qarşılaşacaq.
Yığmamızın qrup mərhələsində keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:
8 avqust, saat 08:00
İran – Azərbaycan
9 avqust, saat 08:00
Tacikistan – Azərbaycan
11 avqust, saat 08:00
Rusiya-2 – Azərbaycan