Maksim Medvedev: Meydana məğlub olmaq üçün çıxmayacağıq
26 iyul 2016 13:00
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqası çərçivəsində bu gün Çexiya "Viktoriya"sına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İki il öncə yoxlama matçında "Viktoriya" ilə oynamağımız bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz də meydana məğlub olmaq üçün çıxmırıq. Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".