Elxan Abdullayev: Qarabağa çətin olacaq
26 iyul 2016 17:00
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirəcəyi səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmişə olduğu kimi, indi də "Qarabağ"a böyük ümidlər bəsləyirik. Çempionumuz adətən bizi peşman etmir. Komanda yaxşı vəziyyətdədir, oyuna hazırdır. Rəqib sıradan komanda deyil. Bu komandaya qarşı oynamaq, nəticə əldə etmək çətin olacaq. Rəqibə səfərdə qol vurmaq arzuolunandır".