Mahmud Qurbanov: Qarabağ Viktoriyadan da güclü rəqiblərlə qarşılaşıb
26 iyul 2016 18:40
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirəcəyi səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər keçilən mərhələ "Qarabağ"ı daha da güclü edir. Bu dəfə də istisna olmamalıdır. Ağdamlılar səfərdə ən azı bir qol vurmalıdırlar. Çox qol buraxmasalar, cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etmək olar. Düzdür, "Viktoriya" güclüdür. Amma Avropanın top-klublarından deyil. Bu komandaya qalib gəlmək olar. "Qarabağ"ın bundan da güclü rəqibləri olub".