Arif Əsədov: Qarabağ Viktoriyanı keçəcək gücdədir
26 iyul 2016 19:00
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirəcəyi səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Viktoriya" "Düdelanj" deyil, güclü rəqibdir. Amma "Qarabağ" da belə rəqiblərə qarşı səfərdə yaxşı oynayır. Ona görə də ən azı qollu heç-heçə gözləyirəm. Doğma meydanda baş tutacaq cavab oyunu öncəsi bu, əla nəticə olardı. "Viktoriya" bizim çempiondan güclü görünə bilər. Lakin "Qarabağ"ı bu klubu keçəcək gücdə hesab edirəm. Ümid edirəm ki, sonda uğur Ağdam klubunun yanında olacaq".