Frederik Antonetti: Qəbələ güclü, intizamlı komandadır
26 iyul 2016 19:40
Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ" güclü, çox intizamlı komandadır. Heyətində yaxşı futbolçular var. Bu komanda yaxşı nəticələr qazanmağa çalışır. Kifayət qədər gənc komandadır. Belə bir ağır rəqiblə çətin oyun gözləyirəm".